AZ

Bir qol “Şimal”ı axırıncı pilləyə yuvarladı - VİDEO

I Liqada XXVI tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

"Şimal" Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda "Difai"ni qəbul edib. Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 18-ə yüksəldən "Difai" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. 17 xalı olan "Şimal" isə 10-cu yerdədir.

"Şimal" - "Difai" 0:1
Şamaxı OİK stadionu. 50 tamaşaçı
Baş hakim: Rauf Cabarov
Baş hakimin köməkçiləri: Rasim Axundov, Zakir Şükürzadə
Dördüncü hakim: Ruslan Quliyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Törə Əhmədova
Sarı vərəqələr: Pirverdi Seyidov, 90+1 (qeyri-idman hərəkəti) // Kristian Kamta, 90+2 (qeyri-idman hərəkəti)
Qol: Vorren Lloyd Ondo, 80
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.

“Şimal”
27. Elmar Əzizov
4. Elnur İbrahimov
22. Şirin Şirinov (k)
(26. Gülalı Mehrəliyev, 83)
2. Nemət Şıxamirov
71. Cavanşir Şahbazlı
(9. Elşad Əliyev, 66)
28. Nurlan Bayramov
6. Rüstəm Hümbətov
(8. Pirverdi Seyidov, 62)
7. Ange Donald Qla
77. Ceyhun Kəlbəliyev
(70. Rəvan Abasov, 83)
11. Niyazi Osmanov
(16. Amil Məmmədov, 62)
23.Sebai Senin
Ehtiyat oyunçular:
1. Natiq Daşdəmirli
18. Tural Cəlilov
14. Sabir Əlişan
21. Elgün Sadıqlı
88. Arzu Mədətov
Məşqçi: Mehman Səfərov

“Difai”
1. Sadiq Məmmədzadə
7. Fərid Kərimzadə (k)
99. Elcan Hafizli
(17. Emin Məcidzadə, 81)
20. Nemət Musayev
55. Nazim Həsənzadə
(5. Nihad Həsənzadə, 75)
10. Musa Musazadə
33. Raul Yaqubzadə
(9. Vorren Lloyd Ondo, 65)
18. Kristian Kamta
19. Hacıəli Şirəliyev
44. Rüfət Tahirov
16. Altayturan Bektaşoğlu
(8. Kamil Sadiqov, 81)
Ehtiyat oyunçular:
12. Tural Mirsultanov
27. Əsgər Hüseynov
3. Nihad Əliyev
21. Mühəmməd Həsənov
6. Nihad İsmayılov
Məşqçi: Aydın Qasımov

Seçilən
43
sportinfo.az

1Mənbələr