AZ

Parad Rusiyanı ifşa etdi: niyə 5 ildir bacarmır?

ain.az, Axar.az portalına istinadən məlumat verir.

Moskvada keçirilən son 9 May paradı əvvəlki illərlə müqayisədə olduqca zəif və sönük təsir bağışladı. Parad zamanı ağır texnikanın azlığı və nümayiş etdirilən silahların məhdudluğu Rusiyanın hazırkı hərbi vəziyyəti ilə bağlı ciddi suallar yaradır.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

Ekspert bildirib ki, Kreml illərdir “Sarmat”, “Oreşnik” və “Poseydon” kimi layihələri gündəmə gətirsə də, onların real nəticələri görünmür:

“Əgər Rusiyanın kifayət qədər güclü hərbi potensialı varsa, beş ildir davam edən müharibədə niyə ciddi nəticə əldə olunmayıb? Uzunmüddətli müharibə və sanksiyalar Rusiyanı iqtisadi və hərbi baxımdan zəiflədib. Artıq ehtiyat fondlarına belə toxunulmağa başlanıb və bu səbəbdən Kremlin gec-tez danışıqlara getməsi qaçılmazdır”.

Ü.Cəfərovun sözlərinə görə, Ukrayna müharibəsi klassik savaş modelini tamamilə dəyişib:

“Əvvəllər əsas güc tanklar və artilleriya hesab olunurdusa, indi müharibələrin taleyini dronlar, yüksək texnologiyalar və raket sistemləri müəyyənləşdirir. Hətta video-oyun bacarığı olan şəxslərin də dron operatoru kimi hazırlanması artıq yeni müharibə modelinin göstəricisidir.

Süni intellekt və avtonom dron texnologiyaları gələcəyin savaşlarının əsas istiqamətlərindən birinə çevrilir. Bir çox ölkə artıq müharibələri insan itkisini minimuma endirəcək texnoloji sistemlər üzərində qurmağa çalışır. XXI əsrin müharibələri böyük ölçüdə dronlar və süni intellekt üzərində formalaşır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
axar.az

1Mənbələr