AZ

Deşam Kamavinqanı DÇ-2026 üçün heyətə salmamasının səbəbini izah etdi - "Onun mənə qəzəblənməyə haqqı var"

Fransa millisinin baş məşqçisi Didye Deşam "Real Madrid"in yarımmüdafiəçisi Eduardo Kamavinqanı DÇ-2026-ya aparacağı heyətdə olmaması ilə bağlı fikirlərini bildirib.

Fanat.Az xəbər verir ki, RMC qərarının səbəbini açıqlayan fransız mütəxəssisin dediklərini belə çatdırıb:

"Kamavinqa heyətdən niyə çıxarıldı? O, bu mövsüm yerini itirdi. Zədələr də imkan vermədi. Bu mövqe uğrunda rəqabət çox güclüdür. Seçim etməli, heyət strukturunu formalaşdırmalıydım. Kama məyus olanlardan biridir. O, hələ gəncdir. Mart ayında burada idi... Onun nəyə qadir olduğuna şübhəm yoxdur. Amma bu gün onun mənə qəzəblənməyə haqqı var. Mən onu başa düşürəm".

Xatırladaq ki, Fransa millisi D qrupunda Ukrayna, İslandiya və Azərbaycanı qabaqlayaraq qrup birincisi kimi mundiala vəsiqə qazanıb. Turnirin qrup mərhələsində fransızlar iyunun 16-da Seneqal, 23-də İraq və 26-da Norveçlə qarşılaşacaqlar.

Mirağa

Seçilən
6
1
fanat.az

2Mənbələr