AZ

Merz Slovakiyaya getməkdən imtina etdi - SƏBƏB

Almaniya kansleri Fridrix Merz Baş nazir Robert Fitsonun 9 mayda Moskvaya getməsindən sonra Slovakiyaya planlaşdırılan səfərini ləğv edib.

Musavat.com xəbər verir ki, məlumatı Dennikn xəbər portalı Slovakiyanın keçmiş xarici işlər naziri İvan Korçoka istinadən yayıb.

Bundan əvvəl Fitso Merzin Slovakiyaya səfərinin 29 may tarixinə planlaşdırıldığını açıqlamışdı. Portalın məlumatına görə, Almaniya kanslerinin səfəri ləğv etmək qərarı Fitsonun Moskvaya getməsi ilə bağlıdır.

Musavat.com

Seçilən
25
musavat.com

1Mənbələr