AZ

Azərbaycanda bu il 2 dövlət şirkəti istiqraz buraxacaq

Azərbaycanda bu il “ABB-İnvest”in iştirakı ilə 4-5 şirkətin istiqraz emissiyası həyata keçirilə bilər. Emissiya planlaşdıran şirkətlərdən ikisinin dövlət şirkəti olduğu bildirilir.Metbuat.az xəbər verir ki, bunu anderrayter qismində prosesdə iştirak edəcək “ABB-İnvest” şirkətinin icraçı direktoru Nadir Babazadə şirkətin 2025-ci ilin yekunlarına dair maliyyə göstəricilərinin açıqlanması ilə bağlı keçirilən mətbuat konfransında açıqlayıb. Onun sözlərinə görə, istiqrazların həm manat, həm də xarici valyutada buraxılması nəzərdə tutulur. Ümumi emissiya həcminin isə 100 milyon manatdan çox olacağı gözlənilir.N.Babazadə əlavə edib ki, “ABB-İnvest” xarici banklardan birində istiqraz buraxılışı imkanlarını da nəzərdən keçirir. Bu istiqamətdə hazırda danışıqlar aparılır.“Hazırda bu istiqamətdə danışıqlar aparılır. Lakin yekun qərar olmadığı üçün hələlik əlavə məlumat açıqlaya bilmirik”, – deyə N.Babazadə vurğulayıb.

Ümumiyyətlə, iri həcmli istiqraz emissiyaları yerli kapital bazarının dərinləşməsi, şirkətlərin alternativ maliyyə resurslarına çıxışının genişlənməsi və institusional investor aktivliyinin artması baxımından mühüm rol oynaya bilər.

Seçilən
6
metbuat.az

1Mənbələr