AZ

Azərbaycan vasitəsilə Ermənistana buğda göndərilib - YENİLƏNİB

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti buğda yükü göndərilib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, 14 vaqondan ibarət, çəkisi 977 ton olan buğda Biləcəri stansiyasından yola salınıb.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 27 min tondan çox taxıl, 4 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 10 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

xxx
09:17

Bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək.

Day.Az Trend-ə istinadən xəbər verir ki, Ermənistana 14 vaqondan ibarət, çəkisi 977 ton olan buğda göndəriləcək.

Vaqonlar "Biləcəri" stansiyasından yola salınacaq.

Seçilən
31
49
day.az

10Mənbələr