Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Latsio"nun baş məşqçisi Mauritsio Sarri mövsümün sonunda klubunu dəyişə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Nikolo Skira sosial media hesabı üzərindən yayıb.
Xəbərə görə, "Atalanta" rəhbərləri 67 yaşlı mütəxəssislə müqavilə imzalamaqda maraqlıdırlar. İstefası gündəmdə olan Raffaele Palladinonun yerinə əsas namizəd məhz Sarridir.
Mauritsio ötən ilin iyun ayından bəri "qartallar"ı çalışdırır. Tərəflər arasında hazırki müqavilənin müddəti 2027-ci ilin yayında başa çatır.
"Latsio" cari A Seriyasının turnir cədvəlində doqquzuncu, Berqamo təmsilçisi isə yeddinci yerdədir.
Mirağa
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.