AZ

“Futbolun hər üzü var, nə olacağını əvvəldən təxmin etmək olmaz” - Adil Şükürov tələsmir

Möcüzə baş verməsə, “Səbail” 1-ci liqanı 2-ci pillədə başa vuracaq. Bu isə o deməkdi ki, elitaya yüksəlmək üçün pley-offda “Qəbələ” ilə qarşılaşacaq.

Bəs “dənizçilər”in baş məşqçisi necə düşünür? Artıq özlərini ikinci kimi görürlərmi? “Qəbələ” ilə oyuna taktiki hazırlıq başlayıb? Adil Şükürov “Football-plus.az”ın suallarına cavab verdi:

“Oyunlar haqda rahatlıqla danışmaq olmaz. Çempionat oyunlarını bitirənə qədər nə olacağını demək olmaz. Bu futboldu. Futbolun hər üzü var, nə olacağını əvvəldən təxmin etmək olmaz. Hər kəs “Səbail”in ümidlərini itirdiyini düşünürdü. Hazırda ikinciyik. Amma buna görə rahatlaşmaq olmaz. 4 xal qabaqda olmağımız işin bitdiyi demək deyil. Futbol belə şeyləri xoşlamır. Öz oyunumuzu oynayıb, nəticə qazanmalıyıq. Bundan sonra düşünmək, hansısa oyun barədə fikir bildirmək olar. Qarşıdakı oyunumuz “Şahdağ Qusar”a yaxşıdı. Səhv etmirəmsə, sonuncu dövrənin ən çox xal toplayan komandasıdı. Hazırda ancaq bu oyunu düşünürük, təhlil edirik”.

Qeyd edək ki, “Səbail” hazırda 49 xalla turnir cədvəlində 2-ci yerdə qəralaşıb, 3-4-cü yerləri bölüşən “Mingəçevir” və “Baku Sportinq”i 4 xal qabaqlayır.

MÜZƏFFƏR QULUZADƏ
Seçilən
16
1
football-plus.az

2Mənbələr