AZ

Bu ilin dörd ayında pensiyalara 2 mlrd. 608 mln. manat vəsait yönəldilib

Bu ilin yanvar-aprel aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (248 mln. manat) çox olmaqla 2 mlrd. 608 mln. manat vəsait yönəldilib...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, pensiyalarda artım dinamikası davam edir.

“Cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb və 1 may 2026-cı il tarixə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 594 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 632 manata çatıb.

Yanvar-aprel ayları ərzində 15 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 193 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib”, - məlumatda deyilir.

Poliqon.info

Seçilən
0
12
poliqon.info

10Mənbələr