AZ

“Azərbaycan beynəlxalq dialoq və tərəfdaşlıq məkanına çevrilib” – Xatirə Vəliyeva

“Bakı Şəhərsalma Həftəsi” çərçivəsində “Gülüstan Sarayı”nda keçirilən Qlobal Cənub QHT Platformasının I Baş Assambleyası Azərbaycanın beynəlxalq nüfuzunun və qlobal əməkdaşlığa verdiyi önəmin mühüm göstəricisidir.Dünyanın müxtəlif ölkələrindən QHT nümayəndələrinin Bakıda bir araya gəlməsi ölkəmizin artıq beynəlxalq dialoq və tərəfdaşlıq məkanına çevrildiyini göstərir.

Bu fikirləri QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının İdarə Heyətinin üzvü, AMQF İdarə Heyətinin üzvü, “Xankəndi” MKD İB-nin sədri Xatirə Vəliyeva QHT.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, tədbirin açılışında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edərək qonaqları salamlayıb və platformanın əhəmiyyətindən danışıb. O, vətəndaş cəmiyyətinin dövlətlərin inkişafındakı rolu, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və humanitar həmrəyliyin vacibliyini xüsusi vurğulayıb.

Xatirə Vəliyeva qeyd edib ki, Azərbaycanda vətəndaş cəmiyyəti dövlətin həyata keçirdiyi siyasəti dəstəkləyərək ölkənin inkişafına töhfə verir. Onun fikrincə, postmünaqişə dövründə aparılan quruculuq işləri, Böyük Qayıdış proqramı, beynəlxalq humanitar təşəbbüslər və QHT-lərin qlobal platformalarda fəallığı güclü və həmrəy cəmiyyət modelini formalaşdırır.

 "Qlobal Cənub QHT Platformasının I Baş Assambleyası Azərbaycanın həm siyasi və iqtisadi, həm də humanitar və ictimai diplomatiya sahəsində mühüm mərkəzə çevrildiyini göstərir",- deyə o əlavə edib.

Xatirə Vəliyeva hesab edir ki, Bakıda keçirilən bu tədbir Qlobal Cənub ölkələri arasında həmrəyliyin güclənməsinə, yeni əməkdaşlıq imkanlarının yaranmasına və beynəlxalq münasibətlərdə daha ədalətli yanaşmaların formalaşmasına mühüm töhfə verəcək.
 

Zəhra Ağayeva

Seçilən
31
qht.az

1Mənbələr