AZ

Mingəçevir Dövlət Universitetinə 500 elmi kitab hədiyyə edilib

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 15 may, AZƏRTAC

AMEA Nəsimi adına Dilçilik İnstitutu Mingəçevir Dövlət Universitetinə 500 ədəd elmi və tədris kitabı bağışlayıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu nəşrlər Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, dialektoloji xüsusiyyətləri, leksikoqrafiya və terminologiya məsələləri, türk dilləri, eləcə də klassik ədəbi irsin dil xüsusiyyətlərinin tədqiqi baxımından mühüm elmi əhəmiyyət daşıyır.

Universitet rəhbərliyi və tələbələr kitabların tədris və elmi işlərdə əhəmiyyətli rol oynayacağını qeyd ediblər. Rektor Anar Eminov bildirib ki, bu təşəbbüs tələbələrin bilik səviyyəsinin artırılmasına və elmi fəaliyyətlərin genişləndirilməsinə xidmət edəcək.

Professor Nadir Məmmədli isə belə təşəbbüslərin təhsil və elmin inkişafına töhfə verdiyini vurğulayıb. Qeyd edib ki, bu proses, həmçinin müəssisəsilər arasında əməkdaşlığın möhkəmləndirilməsinə imkan yaradır

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
azertag.az

1Mənbələr