AZ

Aqil Abbas: “Məmur hərbçi, polisdir ki, yay, qış formasına keçid etsin?”

Qırğızıstanın Baş naziri Adilbek Kasımalıyev dövlət qulluqçularına enerjiyə qənaət etmək üçün kostyumlarını çıxararaq köynək geyinməyi tapşırıb. Yeni iş geyimi ilə bağlı sərəncam imzalayıb. Yaponiyada da oxşar təcrübədən istifadə edilir. Yayda, elektrik enerjisi istehlakının yüksək olması əsas gətirilərək onlar işə köynəkdə və qalstuksuz gəlməyə başlayıblar ki, bu da hökumətin milyardlarla vəsait qənaət etməsinə səbəb olduğu bildirilib.

 

Oxşar təcrübənin Azərbaycanda da istifadə olunub-olunmayacağı maraq doğurub.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Aqil Abbas verilən qərarın mənasız, yersiz olduğunu bildirib: ““Düşük” bir sərəncamdır. Məmur hərbçi, polisdir ki, yay, qış formasına keçid etsin? Azərbaycanda belə bir şey gözləmirəm. Çünki “düşük” hərəkətdir...”

 

Şəhanə Quliyeva

Tarix: 15 May 2026, 13:21   
Seçilən
18
pravda.az

1Mənbələr