AZ

“Kibercinayətkarlar daim yeni üsullar üzərində işləyirlər Mütəxəssis fikri

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Kibercinayətkarlar daim yeni üsullar, sosial mühəndislik və fişinq ssenariləri üzərində işləyirlər. Ona görə də kibertəhlükəsizlik mədəniyyətinin davamlı inkişaf etdirilməsi əsas prioritet olmalıdır. Həm bank sektorunda, həm də istifadəçilər səviyyəsində texniki biliklərin artırılması, maarifləndirmə və qabaqlayıcı tədbirlərin tətbiqi gələcəkdə risklərin minimuma endirilməsində mühüm rol oynayacaq”.

Bu fikirləri 525.az-a İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov deyib. Mütəxəssis qeyd edib ki, bank kartlarından oğurluq hallarının artması insanların rəqəmsal maliyyəyə keçid tempinin təhlükəsizlik vərdişləri ilə paralel inkişaf etmədiyini göstərir. Fırıldaqçılar sosial mühəndislik, fişinq linkləri, saxta zənglər və skimming cihazları vasitəsilə məlumat əldə edirlər. Kart sahibləri mütləq ikiaddımlı doğrulama aktiv etməli, SMS-lə göndərilən kodları heç kimlə bölüşməməli, şübhəli linklərə daxil olmamalı, eləcə də POS terminallarında ödəniş zamanı kartı nəzarətdən kənarda qoymamalıdırlar. Onlayn alış-verişdə isə yalnız tanınmış saytlardan istifadə etmək, virtual kart tətbiq etmək və birdəfəlik limit məhdudiyyəti qoymaq ən təhlükəsiz üsullardandır.

Sevinc Qarayeva 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
48
525.az

1Mənbələr