Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Özbəkistan və Türkiyə prezidentləri Şavkat Mirziyoyev və Rəcəb Tayyib Ərdoğan Türküstanda Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammiti çərçivəsindəki görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlığın inkişafını müzakirə ediblər.
"Report"un Türküstana ezam olunmuş əməkdaşı xəbər verir ki, tərəflər Özbəkistan və Türkiyə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsini, eləcə də ali səviyyədə əldə olunmuş razılaşmaların praktiki icrasını müzakirə ediblər.
Qeyd olunub ki, cari ilin yanvar ayında Şavkat Mirziyoyevin Ankaraya səfərindən sonra ikitərəfli münasibətlər yeni səviyyəyə yüksəlib, nazirliklər və idarələr arasında əlaqələr güclənib, daha səmərəli qarşılıqlı fəaliyyət sistemi yaradılıb.
Liderlər həmçinin vurğulayıblar ki, cari ilin əvvəlindən ölkələr arasında qarşılıqlı əmtəə dövriyyəsinin həcmində, birgə müəssisələrin və aviareyslərin sayında dinamik artım müşahidə olunur. Türkiyə şirkətlərinin iştirakı ilə möhkəm layihələr portfeli formalaşdırılıb və ardıcıl olaraq həyata keçirilir.
Daha sonra liderlər beynəlxalq və regional gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.