AZ

“Neftçi”nin qızlardan ibarət komandasına legioner futbolçular cəlb oluna bilər

Bakı, 15 may, AZƏRTAC

Ardıcıl üçüncü dəfə Yüksək Qızlar Liqasının qalibi olaraq növbəti mövsümdə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil etmək hüququ qazanan “Neftçi” heyətini yeni transferlərlə gücləndirəcək.

Bu barədə AZƏRTAC-a komandanın baş məşqçisi Siyasət Əsgərov məlumat verib.

Mütəxəssisin sözlərinə görə, komandaya legioner oyunçularla yanaşı, Azərbaycan millisinin ölkə xaricində çıxış edən futbolçularının transferi də gündəmdədir: “Hələ qarşıda iki tur var. Ola bilər ki, bizdən də hansısa futbolçu ayrılsın və karyerasını başqa klubda davam etdirmək istəsin. Çempionlar Liqasına görə bəzi mövqeləri gücləndirmək niyyətindəyik. Bununla bağlı rəhbərliklə görüşümüz olacaq”.

Qeyd edək ki, “Neftçi” Yüksək Qızlar Liqasında sona 2 tur qalmış çempionluğu təmin edib.

Seçilən
23
1
azertag.az

2Mənbələr