AZ

“Neftçi”nin baş məşqçisi: “Çempionluq mövsüm ərzində çəkilən əziyyətin bəhrəsidir”

ain.az, Idman.biz saytına istinadən bildirir.

“Neftçi”nin qadınlardan ibarət komandasının mövsümün bitməsinə iki tur qalmış Azərbaycan çempionu olması çəkilən əziyyətin bəhrəsidir”.

Bunu paytaxt təmsilçisinin baş məşqçisi Siyasət Əsgərov deyib.

Mütəxəssis Azərbaycan Yüksək Liqasında çempion olmalarının əhəmiyyətini qabardıb.

“Şükürlər olsun, əvvəlki illərdəki kimi yenə də çempionluq sevinci yaşadıq. Bu uğur bizim üçün təkcə kubok deyil, mövsüm ərzində çəkilən əziyyətin bəhrəsidir. Çempionluqda əsas pay sahibi olan futbolçularımı, həmçinin klub rəhbərliyini və qadın futbolu ictimaiyyətini təbrik edirəm. Komandamız sona qədər mübarizə apararaq məğlub olmadan bu nəticəni əldə etdi. Qarşıda hələ iki tur qalıb və inanıram ki, həmin görüşləri də məğlubiyyətsiz tamamlayacağıq”, - deyə o, report.az-a açıqlamasında söyləyib.

S.Əsgərov komandanın UEFA Çempionlar Liqasındakı hədəfləri barədə fikirlərini də bölüşüb:

“Bundan əvvəl də iki dəfə çempion kimi Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil etmişik. Təəssüf ki, həmin çıxışlar uğurlu alınmamışdı. Klub səviyyəsində bu turnirdə yeni iştirak etdiyimiz üçün reytinqdə aşağı pillələrdəyik və bu, daha güclü rəqiblərlə qarşılaşmağımıza səbəb olur. Lakin bu il daha fərqli yanaşacağıq. Heyətimiz gənclərdən ibarətdir və ötəniki təcrübə, qızların inkişafı bizə daha yaxşı nəticələr qazanmağa ümid yaradır. Püşkatmada bəxtimiz gətirərsə, Avropa arenasında uğurlu çıxış edə bilərik”.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
icma.az

1Mənbələr