AZ

Xırdalanda ağır qəza: “Chery” avtokarla toqquşdu, bir nəfər öldü VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xırdalan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 14-də günorta saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Chery” markalı avtomobil avtokarla toqquşub.

Şahidlərin bildirdiyinə əsasən, avtokar ərazidə nasaz vəziyyətdə qalmış nəqliyyat vasitəsinin yoldan çıxarılması məqsədilə hadisə yerinə cəlb olunub. Lakin həmin vaxt baş verən toqquşma nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib, avtokarın sürücüsü ağır bədən xəsarətləri alıb.

Xəsarət alan şəxs xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
2
avtosfer.az

4Mənbələr