AZ

"Borussiya" Samuele İnasio ilə müqavilənin müddətini 2029-cu ilə qədər uzadıb

Almaniyanın "Borussiya" (Dortmund) klubu hücumçusu Samuele İnasio ilə müqavilənin müddətini uzadıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında yeni sözləşmənin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

18 yaşlı italiyalı futbolçu ötən həftə Almaniya Bundesliqasında "Ayntraxt"a qarşı keçirilən matçda (3:2) əsas komandada ilk qoluna imza atıb.

Hücumçu 2025/2026 mövsümündə Almaniya çempionatında 6 oyuna çıxıb. O, klubun gənclər və əvəzedici heyəti də daxil olmaqla, ümumilikdə 31 qarşılaşmada 11 qol vurub və iki məhsuldar ötürmə edib.

Qeyd edək ki, Samuele İnasio İtaliyanın "Atalanta", "Napoli", "Torino" və "Leççe" klublarında çıxış etmiş braziliyalı Juan Batista İnasionun oğludur.

Seçilən
4
far.az

1Mənbələr