AZ

Azərbaycanda satılmış ən bahalı avtomobil NÖMRƏSİ - 600 MİN MANAT

Azərbaycanın populyar elan saytında avtomobil nömrələrinin qiymətləri inanılmaz fərqlilik göstərir.

Day.Az xəbər verir ki, burada ən bahalı nömrə 600 min manata təklif olunub.

Yəni bəzi nömrələr adi avtomobilin qiymətini belə üstələyir. Saytın təklif etdiyi ən ucuz nömrələr isə 0 manatadır.

Dünya təcrübəsinə baxdıqda isə daha bahalı avtomobil nömrələrinin olduğunu görürük. Belə ki, "P 7" (bəzi mənbələrdə sadəcə "7" kimi qeyd olunur) rekord məbləğə - 55 milyon dirhəmə (təxminən 15 milyon dollar) satılıb.

Satış 8 aprel 2023-cü il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən "Most Noble Numbers" (Ən Nəcib Nömrələr) adlı xeyriyyə hərracında baş tutub.

Əvvəlki rekord isə 2008-ci ildə Əbu-Dabidə 14.2 milyon dollara satılmış tək "1" rəqəmli nömrə nişanına məxsus idi.

Nəsimi Ələsgərli

Seçilən
34
22
day.az

10Mənbələr