AZ

Tarix yenidən yazılır: Səhrada hamıdan gizlədilən sirrin üstü açıldı - FOTO

Sudanın şərq səhrasında arxeoloqlar peyk görüntülərinin köməyi ilə Misir piramidalarından daha qədim olan yüzlərlə unikal kurqan aşkarlayıblar.

Publika.az xəbər verir ki, bu barədə “ScienceAlert” məlumat yayıb.

Avstraliya, Fransa və Polşadan olan alimlər Sudanın şərqində yerləşən Atbay səhrasında indiyədək məlum olmayan 260 dairəvi formalı qədim dəfn məkanı aşkar ediblər. Sirli kurqanların diametri 80 metrə qədərdir. Onların daxilində insan qalıqları ilə yanaşı iri buynuzlu heyvanların, qoyun və keçilərin sümükləri də tapılıb.

Arxeoloqlar hesab edirlər ki, bu kütləvi məzarlıqlar eramızdan əvvəl III-IV minilliklərdə - Qədim Misirin yaranmasından çox əvvəl Sahara köçəriləri tərəfindən yaradılıb.

Tədqiqatçılar bildiriblər ki, hər kurqanda mərkəzi dəfn yeri mövcuddur. Ehtimal edilir ki, burada qəbilə başçısı və ya nüfuzlu şəxs dəfn olunub. Digər insan və heyvan qalıqları isə onun ətrafında müəyyən qayda ilə yerləşdirilib. Bu fakt qədim köçəri cəmiyyətlərdə sosial bərabərsizliyin və elitanın formalaşmasının ilkin əlaməti kimi qiymətləndirilir.

Seçilən
34
publika.az

1Mənbələr