AZ

BRICS-dən İsrailə çağırış: Qoşunlarınızı Livan torpaqlarından…

Hindistanın paytaxtında keçirilən BRICS Xarici İşlər Nazirləri Toplantısının iştirakçıları İsrailə qoşunlarını Livandan çıxarmaqla bağlı çağırış ediblər.

"Cebheinfo.az" xəbər verir ki, nazirlər Livandakı atəşkəs razılaşmasını xatırladaraq bütün tərəfləri sənədin şərtlərinə ciddi şəkildə əməl etməyə səsləyiblər.

"Nazirlər atəşkəsin, habelə Livanın suverenliyi və ərazi bütövlüyünün davamlı olaraq pozulmasını pisləyiblər. Onlar İsraili Livan hökuməti ilə razılaşdırılmış şərtlərə əməl etməyə və işğalçı qüvvələrini Livanın cənubunda hələ də qaldıqları beş bölgə də daxil olmaqla, bütün Livan torpaqlarından çıxarmağa çağırıblar", - deyə sənəddə qeyd olunub.

Nazirlər Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) oynadığı həyati rolu vurğulayıblar.

Tərəflər bütün BMT personalının və avadanlıqlarının təhlükəsizliyinin, hərəkət azadlığının təmin edilməsinin, həmçinin BMT obyektlərinin toxunulmazlığına hörmət göstərilməsinin vacibliyi barədə razılığa gəliblər.

Seçilən
22
1
cebheinfo.az

2Mənbələr