AZ

Bu binaların söküntüsünə başlanıldı, sakinlər kirayə evlərə yerləşdirildi FOTO

Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Goranboy rayonunda qəzalı binaların söküntüsünə başlanılıb.

Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, söküntü işləri şəhərin Cəfər Cabbarlı küçəsində yerləşən qəzalı vəziyyətdə olan 5 mərtəbəli, 60 mənzilli və 2 mərtəbəli 16 mənzilli yaşayış binalarında aparılır.

Qeyd edək ki, qəzalı vəziyyətə düşmüş 5 mərtəbəli, 60 mənzilli bina 1988-ci ildə inşa edilib və 1992-ci ildə istifadəyə verilib, binada 46 mənzil sahibi (168 ailə üzvləri ilə birgə) daimi, 11 icarəçi (37 ailə üzvləri ilə birgə) müvəqqəti olaraq yaşayırdılar, 3 mənzildə isə yaşayış olmayıb. Bina sakinləri kirayə evlərə yerləşdirilib, onların kirayə xərclərinin ödənilməsi dövlət tərəfindən təmin edilib.

Hazırda yeni binaların tikintisi ilə bağlı layihələndirmə işləri aparılır.Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
56
2
news.milli.az

3Mənbələr