AZ

Yaşıllıqlara 123 720 manat məbləğində ziyan dəyib

ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Gəncə şəhərləri və Zərdab rayonunda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Milli.Az xəbər verir ki, araşdırma zamanı Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində, Binəqədi rayonu Azadlıq prospekti 155 ünvanında, Binəqədi rayonu Binəqədi qəsəbəsində, Nizami rayonu Məmməd Səid Ordubadi ilə Şirin Mirzəyev küçələrinin kəsişməsində, Gəncə şəhəri Nizami küçəsində və Zərdab rayonu Qoşaoba kəndi ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 123 720 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.Milli.Az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
43
14
news.milli.az

10Mənbələr