Finlandiya Rusiya sərhədləri yaxınlığında ABŞ və Almaniyanın iştirakı ilə irimiqyaslı hərbi təlimlər keçirəcək.
İnterpress.az xəbər verir ki, bu barədə Finlandiya Hərbi Dəniz Qüvvələri (Merivoimat) məlumat yayıb.
“Narrow Waters 26-1” adı verilən hərbi təlimlər mayın 20-dən 27-dək Finlandiyanın cənub sahillərində və Finlandiya körfəzində keçiriləcək. Təlimlərdə ABŞ dəniz piyadaları və Almaniya ordusunun bölmələri də daxil olmaqla, ümumilikdə 3 minə yaxın hərbçinin iştirakı planlaşdırılır.
Manevrlər zamanı vertolyotlar, qırıcı təyyarələr, dəniz və hava pilotsuz uçuş aparatlarından (PUA) istifadə olunacaq, eləcə də yeni növ dronların sınaqları keçiriləcək.
Дополнение: Təlimlərin keçirildiyi ərazinin Rusiya sərhədlərinə yaxın olması regionda təhlükəsizlik sahəsindəki gərginliyi daha da diqqət mərkəzinə gətirir.
Xuraman Etibarlı
İnterpress.az