AZ

Yeni sosial model – nazir uşağı kişisiz doğmağa çağırış etdi

Rusiyada demoqrafik vəziyyətlə bağlı diqqət çəkən açıqlama verilib.

Musavat.com xəbər verir ki, Nijni Novqorod vilayətinin demoqrafiya və insan kapitalının inkişafı naziri İqor Pantyuxin doğum səviyyəsinin artırılması üçün solo-analıq modelinin dəstəklənə biləcəyini bildirib.

Nazirin sözlərinə görə, qadının kişi olmadan uşaq dünyaya gətirməsi regionda doğum göstəricilərinin artmasına kömək edə bilər.

Pantyuxin qeyd edib ki, bu yanaşma ən azı regionda doğum səviyyəsini artırır və dövlət olaraq bütün mümkün imkanların dəstəklənməsinin vacib olduğunu vurğulayıb.

 

Musavat.com

Seçilən
15
24
musavat.com

10Mənbələr