AZ

Məqsədim Şəfa ilə Premyer Liqada debüt etməkdir Elgiz Kərəmli çempionluq təəssüratlarını bölüşdü

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

1-ci Liqanın 26-cı turunda "Cəbrayıl"ı 1:0 hesabı ilə məğlubb edərək sona 1 tur qalmış çempionluğunu rəsmiləşdirən "Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli fikurlərini bölüşüb.

34 yaşlı mütəxəssis Fanat.Az-a danışıb:

"Çempion olmaq qürurverici hissdir. Buna layiq idik. Mövsüm ərzində bir dəfə də olsun birinci pilləni əldən vermədik. Bu isə stabilliyi qorumagi bacardığımız deməkdir. Futbolçularımıza təşəkkur edirəm, onlar mövsüm boyu çox əziyyət çəkdilər. Rəhbərliyə təşəkkür edirəm, daim bizə dəstək oldular. Azarkeşlərimizə təşəkkür edirəm, ev və səfər oyunlarımızın hər birində yanımızda oldular. Çempionluq yolunda əməyi keçən hər kəsə təşəkkür edirəm.

Son oyun heç də asan keçmədi, çempionatın sonlarıdır deyə gərginlik daha da artır. Çox sayda qol fürsətləri yaratsaq da, epizodları dəyərləndirə bilmədik və bu komandada əlavə gərginliyə səbəb oldu. Buna baxmayaraq, qələbə qazandıq, hədəfimizə çatdiq.

Mənim məqsədim "Şəfa" ilə Premyer Liqada debüt etməkdir. Həm gənc məsqci kimi təcrübə qazanmaq, həm də klubuma daha da faydalı olmaq istəyirəm".

Toğrul

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
1
fanat.az

2Mənbələr