Demokrat.az saytına istinadən ain.az xəbər verir.
Mütəmadi olaraq kifli qidalar yemək sağlamlıq üçün ciddi təhlükə yaradır.Demokrat.az xəbər verir ki, qastroenteroloq Olqa Çistik bu barədə xəbərdarlıq edib.Həkimin sözlərinə görə, kif göbələklərinin ifraz etdiyi mikotoksinlər orqanizm üçün zəhərlidir. Bu maddələr immuniteti zəiflədir, böyrəklərə və əsəb sisteminə zərər vurur. Həmçinin bəzi insanlarda allergik reaksiyalar və astma tutmaları yaradır. Zəhərli maddələrin bədənə az miqdarda, lakin davamlı daxil olması isə qaraciyər xərçəngi riskini artırır.Kifli qidalardan zəhərlənmə zamanı ürəkbulanma, qusma, ishal və qızdırma kimi hallar baş verir. Uşaqlar və yaşlılarda bu vəziyyət daha ağır keçir, hətta xəstəxanaya yerləşdirilmə tələb oluna bilər.Çistik bildirib ki, kifin görünən hissəsini kəsib atmaq qidanı təhlükəsiz etmir, çünki göbələk kökləri məhsulun dərininə işləyir. Çörək, yumşaq pendir, giləmeyvə, mürəbbə və yumşaq meyvələrdə azca kif göründükdə belə, onları tamamilə tullamaq lazımdır.Bununla belə, bəzi bərk məhsulları xilas etmək mümkündür. Qastroenteroloq qeyd edib ki, bərk pendir, kök və ya kələm kimi qidaların kifli hissəsini dərindən kəsib qalanını istifadə etmək olar.İsmayıl
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.