AZ

Rizvan Nəbiyev: Türk Dövlətləri Təşkilatı beynəlxalq mövqelərini möhkəmləndirir

Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türk Dövlətləri Təşkilatı beynəlxalq mövqelərini möhkəmləndirir.

APA xəbər verir ki, bu sözləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Rizvan Nəbiyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Əməkdaşlıq Forumunda deyib.

O deyib ki, “Türk Dövlətləri Təşkilatı plus” formatında yeni tərəfdaşlar, imkanlar və əməkdaşlıq perspektivləri araşdırılır: “Klassik və ictimai diplomatiyanın sintezinə dair yeni konsepsiyalar hazırlanmalıdır. Sülh təşəbbüslərinin istiqamətlərindən biri də platformaların yaradılmasıdır. Bunlar Track 1 diplomatiyası, yəni klassik diplomatiyanın fəaliyyətidir. Digər istiqamət isə salonda əyləşən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının fəaliyyətidir ki, bu da Track 2 diplomatiyasıdır. Buraya ictimai diplomatiya, elm diplomatiyası və mədəniyyət diplomatiyası daxildir. Çünki bunların biri digərini tamamlayır”.

R.Nəbiyev vurğulayıb ki, bu mənada, iki gün sonra Bakıda başlayacaq BMT-nin digər beynəlxalq forumu xüsusilə diqqət çəkir:

“Bu forum işğal nəticəsində torpaqları dağıdılmış, 150 milyard ABŞ dollarından çox zərər vurulmuş bir ölkənin azad edilmiş ərazilərinin bərpası istiqamətində həyata keçirdiyi fəaliyyəti ortaya qoyacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
76
2
apa.az

3Mənbələr