AZ

Rütte Avropa şirkətləri ilə hərbi istehsalın artırılmasını müzakirə edəcək

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

NATO-nun Baş katibi Mark Rütte müdafiə sektorunda fəaliyyət göstərən Avropa şirkətlərinin nümayəndələri ilə görüş planlaşdırır.

"Report"un məlumatına görə, bu barədə "Financial Times" (FT) mayın 16-da mənbələrə istinadən xəbər verib.

Bildirilib ki, görüşün məqsədi onları bu sahəyə investisiyaları və məhsulların istehsal həcmini artırmağa çağırmaqdır.

Qəzetin məlumatına görə, görüş gələn həftə Brüsseldə keçiriləcək.

Görüşdə Almaniyanın "Rheinmetall", Fransanın "Safran", "Airbus", İsveçin "Saab", Avropanın MBDA və İtaliyanın "Leonardo" şirkətlərinin nümayəndələrinin iştirak edəcəyi gözlənilir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
2
cebheinfo.az

3Mənbələr