AZ

Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"

ABŞ Prezidenti Donald Tramp İranın müqavimətini kiçiltmədiyini, lakin istəsələr İranın infrastrukturunu iki günə məhv edə biləcəklərini iddia edib.

Marja xəbər verir ki, Çinə səfərinin əks-sədaları davam edən ABŞ Prezidenti Tramp "Fox News" kanalına verdiyi müsahibədə İran gündəmini dəyərləndirib.

İranın müqavimətinin fərqində olduğunu və heç nəyi kiçiltmədiyini vurğulayan Tramp, buna baxmayaraq istədikləri təqdirdə qısa müddətdə İrana böyük zərər vura biləcəklərini deyib.

İranın bütün infrastrukturuna zərər vermədiklərini bildirən Tramp, “Hər şeyi iki günə məhv edə bilərik” deyib.

ABŞ Prezidenti İranla diplomatiyada təkrarlanan problemlərə istinad edərək, “Tehran danışıqlarda etibarsız və proqnozlaşdırıla bilməyən tərəfdir” fikrini səsləndirib.

Tramp, “Bizə istədiyimiz hər şeyi verəcəkdilər, amma hər razılaşma əldə etdiyimizdə, ertəsi gün sanki o söhbəti heç etməmişik kimi davranırlar. Bu, yəqin ki, beş dəfə baş verib. Onlarda bir problem var” deyib.

Tramp həmçinin mümkün bir həll yolunun hərbi və ya diplomatik ola biləcəyini və bunun İranın mövqeyindən asılı olacağını qeyd edərək, “Ya şiddətli olacaq, ya da şiddət ehtiva etməyəcək, mən şiddət ehtiva etməyəni üstün tuturam” deyə bildirib.

Tramp, Tehranın nüvə silahına sahib ola bilməyəcəyi barədə fikrini bir daha təkrarlayıb.

İş elanları AzVak.az-da

Seçilən
70
1
marja.az

2Mənbələr