AZ

Ceko həmyerlisinin İtaliya çempionuna keçidini təsdiqlədi

ain.az bildirir, Fanat saytına əsaslanaraq.

"İnter"in keçmiş hücumçusu, hazırda "Şalke"də oynayan Edin Ceko həmyerlisi Tarik Muharemoviç haqqında danışıb. 

Fanat.Az xəbər verir ki, 40 yaşlı Ceko "Sky Sport"-a açıqlamasında "Sassuolo"dan "İnter"ə keçməyə yaxın olan 23 yaşlı həmyerlisinin transferini təsdiqləyib: 

"Ümid edirəm ki, son anda nəsə xoşagəlməz bir şey olmayacaq və bu transfer həqiqətən də baş verəcək. Bu, Tarik və "İnter" üçün əla bir transferdir. Onu parlaq bir gələcək gözləyir. Tarik belə bir klubda oynamaq üçün keyfiyyətə və düzgün düşüncə tərzinə malikdir".

"İnter"in 23 yaşlı bosniyalı müdafiəçi ilə 2031-ci ilin yayına qədər müddətə və mövsümə 2,2 milyon avro maaşla şəxsi müqaviləni razılaşdırdığı bildirilir. Klublar arasında danışıqlar isə davam edir. "Neradzurri" həmçinin, oyunçuya 2027-ci ilin qışında məcburi satın alma seçimi ilə icarə müqaviləsi təklif edir. Bu halda, "Yuventus" oyunçunun satış qiymətinin 50 faizini alacaq.

Muharemoviç bu mövsüm 32 oyunda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Mirağa

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
fanat.az

1Mənbələr