Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Bakıvaxtı.az xəbər verir ki, bu gün respublikanın müxtəlif yerlərində - əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalı rayonunun Badara, Təzəbinə, Xanyurdu, Xanabad, Ballıca və Daşbulaq kəndlərinə yola salınıb.
Bu mərhələdə Badara kəndinə 10 ailə - 33 nəfər, Təzəbinə kəndinə 10 ailə - 60 nəfər, Xanabad kəndinə 9 ailə - 33 nəfər, Ballıca kəndinə 4 ailə - 22 nəfər, Xanyurdu kəndinə 4 ailə - 18 nəfər, Daşbulaq kəndinə isə 4 ailə - 13 nəfər köçürülür.
Uzun illərdən sonra yurdlarına qayıdışı böyük məmnunluq və sevinc hissi ilə qarşılayan keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Xocalı sakinləri həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.