AZ

Ərdoğan: “Kaan” Türkiyə üçün yeni dövr açacaq

BAKI, 16 may. TELEQRAF

Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan ABŞ ilə F-35 qırıcıları məsələsində müsbət nəticə gözlədiklərini, eyni zamanda ölkənin milli beşinci nəsil döyüş təyyarəsi layihəsi olan "TAI Kaan" üzərində işlərin davam etdiyini bildirib.

Teleqraf xəbər verir ki, bunu Rəcəb Tayyib Ərdoğan Qazaxıstandan qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyənin F-35 proqramı ilə bağlı tələbləri açıqdır və tərəflər arasında danışıqlar davam edir:

"F-35 üçün tələblərimiz aydındır. Rəsmilərimiz amerikalı həmkarları ilə əlaqələri davam etdirirlər. Müsbət nəticəyə ümid edirik. “Kaan” layihəmiz isə hər gün daha da inkişaf edir. Proses başa çatdıqdan sonra bu sahədə yeni dövr başlayacaq”, – deyə o vurğulayıb.

Türkiyə lideri qeyd edib ki, “Kaan” layihəsi ölkənin müdafiə sənayesində daha güclü və müasir modellərin yaradılması üçün ilk addımdır:

"İstanbulda keçirilən "SAHA Expo 2026" sərgisində Türkiyənin müdafiə sənayesində əldə etdiyi nəticələr nümayiş olunub. Sərgini 150 mindən çox insan ziyarət edib, 200-dən artıq yeni məhsul təqdim olunub və ümumi satış həcmi 8 milyard dollara çatıb".

Seçilən
33
teleqraf.com

1Mənbələr