AZ

37 900 manata 1240 kilometr - AION i60 Azərbaycanda rəsmi təqdim edildi

“Auto Azərbaycan” şirkətinə məxsus “GAC Azərbaycan” tərəfindən Çinin GAC Group şirkətinə məxsus AION brendinin AION i60 Advanced Version modelinin Azərbaycan bazarında rəsmi təqdimatı keçirilib.

Marja xəbər verir ki, verilən məlumatlara əsasən, avtomobilin standart satış qiyməti 39 900 manat təşkil edir. Nağd alış zamanı isə 2 000 manat endirim tətbiq olunur və model 37 900 manata təklif edilir.

Yeni model hibrid texnologiya ilə təchiz edilib

AION i60 Advanced Version REEV texnologiyası əsasında hazırlanıb. Avtomobildə 50 litrlik yancaq çəni, 29,2 kVt/saat tutumlu GAC Magazine Battery batareyası və soyutma mayesi ilə işləyən batareya sistemi mövcuddur.

Modelin ümumi yürüş məsafəsi 1240 kilometr, elektriklə yürüş məsafəsi isə CLTC standartına görə 210 kilometr göstərilir. Avtomobilin yanacaq sərfiyyatı batareya enerjisi ilə 100 kilometrə 2,55 litr, batareya tükəndikdə isə 100 kilometrə 5,5 litr təşkil edir.

AION i60-ın mühərrikinin ümumi maksimal gücü 245 at gücü, maksimal fırlanma anı isə 280 N·m səviyyəsindədir. Avtomobil ön ötürücülüdür və elektrik gücləndiricili sükan sistemi ilə təchiz olunub.

Ölçülər və texniki göstəricilər

Modelin uzunluğu 4 685 mm, eni 1854 mm, hündürlüyü isə 1660 mm-dir. Təkərlərarası məsafə 2775 mm təşkil edir. Avtomobilin sürətli enerji dolum müddəti, 30%-dən 80%-ə qədər 15 dəqiqə olaraq göstərilir.

Avtomobildə 225/45 R19 ölçülü yüngül lehimli disklərdən istifadə olunur. Asqı sistemi ön hissədə McPherson, arxa hissədə isə çox qollu müstəqil asqı kimi təqdim edilib.

Təhlükəsizlik və sürücü dəstək sistemləri

AION i60 Advanced Version təhlükəsizlik baxımından geniş avadanlıq siyahısı ilə təchiz edilib. Modeldə ABS, TCS, ESP/VDC, ön və arxa yan təhlükəsizlik yastıqları, təhlükəsizlik kəməri və ISOFIX uşaq oturacağı sistemi mövcuddur.

Bundan başqa, avtomobil bir sıra müasir sürücü dəstək sistemləri ilə təklif olunur:

• Adaptiv kruiz-kontrol,
• Zolaqda saxlama köməkçisi,
• Zolaqdan çıxma xəbərdarlığı,
• Qəzadan yayınma sistemi,
• Öncədən qəza xəbərdarlığı,
• Avtomatik təcili əyləcləmə,
• Yol nişanlarını tanıma sistemi,
• Yoxuşda start yardımı və enişdə hərəkətə yardım sistemi avtomobilin əsas təhlükəsizlik paketinə daxildir.

Komfort və multimedia imkanları

AION i60 Advanced Version komfort və texnologiya baxımından da zəngin təchizatla təqdim olunur. Avtomobildə ADiGO Human-Machine intellektual sistemi, 12 GB əməliyyat sistemi, 128 GB sistem yaddaşı, audio-video və naviqasiya sistemi, həmçinin Bluetooth funksiyası mövcuddur.

Salon hissəsində 14,6 düymlük sensor LCD ekran, 8,8 düymlük LCD alətlər paneli, 11 səsgücləndirici, 500 Vt naqilsiz şarj paneli, USB/Type-C portlar və 12V enerji təchizatı yer alır.

Modeldə həmçinin multifunksional sükan, qızdırıcılı sükan, dəri imitasiyalı oturacaqlar, ön oturacaqların elektrik tənzimlənməsi, yaddaş funksiyası, oturacaqların qızdırılması, havalandırılması və masaj funksiyası mövcuddur. Avtomobil avtomatik iki zonalı kondisioner və ikinci sıra havalandırma sistemi ilə də təchiz edilib.

Xarici görünüş və əlavə funksiyalar

AION i60 Advanced Version LED fənərlər, adaptiv LED fənərlər, panoramik lyuk, elektrik şüşəqaldıranlar, elektrik ötürücülü yük bölməsi qapısı, yağış sensoru və elektron tənzimlənən yan güzgülərlə təchiz olunub.

Avtomobildə arxa parklama sensorları, 540 dərəcə görüntü sistemi və digər rahatlıq funksiyaları da mövcuddur.

Təqdim olunan göstəricilər AION i60 Advanced Version modelinin Azərbaycan bazarında həm uzun yürüş məsafəsi, həm hibrid texnologiyası, həm də zəngin komfort və təhlükəsizlik avadanlıqları ilə diqqət çəkəcəyini göstərir. 37 900 manatlıq nağd satış qiyməti modeli bu seqmentdə rəqabətli təkliflərdən birinə çevirir.

Avtomobil haqqında daha ətraflı məlumat üçün +994 (50) 400 09 89 əlaqə yarada və ya  Babək prospekti, 61c ünvanındakı GAC Azərbaycan avtosalonuna yaxınlaşa bilərsiniz.

İş elanları AzVak.az-da

AION i60 AION i60 Advanced VersionAION i60 qiymətiGAC AzərbaycanAION i60 AzərbaycanAION i60 təqdimatAION i60 hibrid avtomobilGAC AION i60AION i60 texniki xüsusiyyətləriAION i60 yürüş məsafəsiAION i60 elektrik yürüşAION i60 REEV texnologiyasıGAC Group AIONAION i60 yanacaq sərfiyyatıAION i60 1240 km yürüşAION i60 batareyaAION i60 Magazine BatteryAION i60 mühərrik gücüAION i60 təhlükəsizlik sistemləriAION i60 komfort funksiyalarıAION i60 multimediaAION i60 Azərbaycan bazarıGAC avtomobilləri AzərbaycanAION i60 satış qiymətiAION i60 37900 manatAION i60 Babək prospektiGAC Azərbaycan avtosalonuAION i60 yeni modelAION hibrid avtomobilAION i60 xüsusiyyətləri
Seçilən
54
1
marja.az

2Mənbələr