AZ

ABŞ Raul Kastronu əldə etmək üçün əməliyyat hazırlaya bilər

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

The New York Times (NYT) verdiyi məlumata görə, ABŞ Kuba inqilabının liderlərindən biri, ordu generalı Raul Kastronu ələ keçirmək üçün əməliyyat keçirə biləcəyini istisna etmir.

Bizimyol.info xəbər verir ki, məlumat mənbələrinə istinad edən qəzetin yazdığına görə, amerikalı rəsmilər 94 yaşlı Kastronu 1996-cı ildə Kubin Hərbi Hava Qüvvələrinin Miamidə yerləşən “Qardaşlar Köməyə Gəlir” təşkilatına aid iki təyyarəni vurması ilə bağlı hadisəyə görə ittiham etmək üçün hazırlaşırlar.

NYT xatırladır ki, 2026-cı ilin yanvar ayında Vaşinqton Venesuela Prezidenti Nikolas Maduroya qarşı federal ittihamlardan istifadə edərək onun ələ keçirilməsi üçün əməliyyat keçirmişdi. Qəzetin mənbələrinin verdiyi məlumata görə, ABŞ rəsmiləri Kubada “venesuelalı ssenari”ni təkrar edə biləcəyini nəzərdən keçirirlər. Hazırda Kubada əməliyyatın keçirilib-keçirilməyəcəyi barədə yekun qərar qəbul olunmayıb. Bir neçə mənbə hesab edir ki, bu cür əməliyyat ABŞ rəhbərliyi tərəfindən təsdiqlənməyə bilər, amma Raul Kastronun ələ keçirilməsi təhdidi kubalı hakimiyyətin Vaşinqtona güzəştə getməsinə təsir göstərə bilər.

Bundan başqa, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retklif cümə axşamı Kubaya səfər edərək Raul Kastronun nəvəsi Raul Gilermo Rodriqes Kastro ilə görüşüb. "Axios" portalının mənbələrinə görə, CIA rəhbəri prezident Donald Trampın mesajını çatdırıb: Əgər Kuba fundamental dəyişikliklər edərsə, ABŞ iqtisadiyyat və təhlükəsizlik sahələrində ciddi əməkdaşlığa hazırdır.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
40
icma.az

1Mənbələr