AZ

Anaklaudia Rossbax Bakıdan bütün dünyanı salamlayıb

BAKI, 16 may. TELEQRAF

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıdan bütün dünyanı salamlayıb.

Teleqraf xəbər verir ki, o, bununla bağlı "WUF13Azerbaijan"ın "X" sosial şəbəkə hesabında məlumat və video paylaşılıb.

"Bakıda Ümumdünya Şəhərsalma Forumunun (WUF13) sabahkı açılışı ərəfəsində "BMT-Habitat"ın icraçı direktoru Anakludia Rossbax bütün dünyanı dayanıqlı urbanizasiya üzrə aparıcı qlobal forumda salamlayır", - məlumatda bildirilib. Qeyd olunur ki, dünyanın 180-dən çox ölkəsindən 40 000-dən artıq insanın qeydiyyatdan keçməsi hər kəsin adekvat mənzillə təmin olunması məsələsi üzrə dialoqu irəli aparmağa imkan verəcək.

Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.

Seçilən
43
4
teleqraf.com

10Mənbələr