AZ

Məşhur aktyorların 8 illik evliliyi bitdi

Tanınmış aktyorlar Erkan Kolçak Köstendil və Cansu Tosunun 8 illik evliliyi rəsmi olaraq bitib.

BAKU.WS xəbər verir ki, məşhur cütlük Gemlik Ədliyyəsində keçirilən məhkəmə prosesində qarşılıqlı razılıq əsasında boşanıb.

Məlumata görə, tərəflər bu qərarı ortaq şəkildə qəbul edib.

Cütlüyün övladının qəyyumluğu anaya verilib.

Bildirilir ki, Erkan Kolçak Köstendil və Cansu Tosun münasibətlərini dostluq çərçivəsində sonlandırıb və oğullarına görə bundan sonra da dostluqlarını davam etdirəcəklər.

Onların ayrılığı sosial şəbəkələrdə və maqazin gündəmində geniş müzakirələrə səbəb olub.

Seçilən
36
far.az

1Mənbələr