AZ

“Qarabağ”dan qələbə, “Turan Tovuz” uduzdu 

Misli Premyer Liqasında 32-ci tur davam edir. 

İdmanxeber.az xəbər verir ki,  “Qarabağ” öz meydanında “İmişli”ni qəbul edib. Matç Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Hazırda Ağdam klubu 66 xalla 2-ci, İmişli təmsilçisi isə 33 xalla 9-cu pillədə qərarlaşıb.

Qurban Qurbanovun komandası “İmişli”yə qalib gələrək sona 1 tur qalmış ikinci yeri, həmçinin avtomatik Avropa Liqasına vəsiqəni təmin edib.

“Turan Tovuz” isə səfərdə “Şamaxı” ilə üz-üzə gəlib. Matç Şamaxı klubunun qələbəsilə başa çatıb – 3:2. Hazırda Tovuz klubu 59 xalla 3-cü, “Şamaxı” isə 38 xalla 8-ci yerdədir.

16 may (şənbə)

17:00. “Şamaxı” – “Turan Tovuz” –  3:2 

Qollar: Arsen Ağcabəyov, 9 (1:0), Dioqo Balau, 28 (2:0), Vadji İbrahima, 65 (2:1), Alexandro Serrano, 73 (2:2), Abdulla Rzayev, 83 (3:2)
Baş hakim: Rəvan Həmzəzadə
Şamaxı şəhər stadionu

17:00. “Qarabağ” – “İmişli”- 3:0

Qol: Kamilo Duran, 46, Marko Yankoviç, 66-pen.; Abdullah Zubir, 78
Baş hakim: Emin Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu

Seçilən
6
7
idmanxeber.az

10Mənbələr