AZ

Şanlıurfada qəbiristanlığın zibil qutusunda 21 insan dölü tapılıb

Türkiyənin Şanlıurfa şəhərindəki qəbiristanlıqda zibil atılan plastik çəlləyin içində qablara qoyulmuş 21 insan dölü aşkarlanıb.

"Far.Az" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

"Üzərlərində Şanlıurfa Tədris və Araşdırma Xəstəxanasının etiketlərinin olduğu iddia edilən döllər barədə polisə məlumat verilib. Qəbiristanlığa cəlb edilən polis əməkdaşları döllərin dəfn edilmək üçün kim tərəfindən gətirildiyi və nə üçün bura atılmasının səbəblərini araşdırmağa başlayıb", - məlumatda bildirilib.

Qeyd olunub ki, abort nəticəsində öldüyü ehtimal edilən döllər üçün ərazidə təhlükəsizlik tədbirləri görülüb. Döllər müayinə edilmək üçün Məhkəmə Tibb Qurumunun morquna göndərilib. Polis hadisə ilə bağlı genişmiqyaslı istintaq başladıb.

Seçilən
59
far.az

1Mənbələr