AZ

Gərginlik pik həddə: Belarus sərhədində böyük hazırlıq BAŞLADI

Ukrayna Belarus sərhədində müdafiəni gücləndirir.

Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Belarusdakı hərbi fəallıq səbəbindən Çerniqov-Kiyev istiqamətində müdafiənin gücləndiriləcəyini açıqlayıb.

Məlumata görə, hazırda Ukrayna-Belarus sərhədində kilometrlərlə səhra istehkamları, yüzlərlə texnika kaponiri və atəş nöqtələri inşa edilib.

Ukraynanın “Qərb” Operativ Komandanlığından bildirilib ki, müdafiə xətti geniş mina sahələri, xəndəklər və müxtəlif maneələrlə möhkəmləndirilib. Ərazidəki sıx meşələr, bataqlıqlar və çaylar da təbii müdafiə səddi kimi istifadə olunur.

Musavat.com

Seçilən
44
12
musavat.com

10Mənbələr