AZ

İran: Razılığımız olmadan Hörmüz boğazından keçən gəmi məsuliyyəti özü daşıyacaq

BAKI, 17 may. TELEQRAF

İran dost ölkələrə məxsus gəmilərin Hörmüz boğazından keçidinə üstünlük verəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bunu İranın Belarusdakı səfiri Əlirza Sanei TASS-a müsahibəsində deyib.

“İlk növbədə dost ölkələrə məxsus tankerlərin keçidinə icazə veririk”, - diplomat bildirib.

Səfir vurğulayıb ki, bütün gəmilər İran Silahlı Qüvvələrinin müəyyən etdiyi qaydalara əməl etməlidir.

“Tankerlər hərəkətlərini silahlı qüvvələrlə koordinasiya etməsələr, qanuni hədəf hesab olunacaqlar”, - o xəbərdarlıq edib.

Əlirza Sanei qeyd edib ki, İran təhlükəsizliyin hamı üçün bərabər olmasını istəyir.

“Belə ola bilməz ki, bəzi ölkələr təhlükəsizlikdən yararlansın, İran isə sanksiya təzyiqi altında qalsın”, - səfir əlavə edib.

Diplomat bildirib ki, İranın razılığı olmadan heç bir tanker Hörmüz boğazından keçə bilməz və koordinasiyasız keçidə görə məsuliyyəti həmin gəmi daşıyacaq.

Səfir nümunə kimi bu həftə İraqa məxsus və Vyetnama gedən tankerə İranla razılaşdırıldıqdan sonra keçid verildiyini göstərib.

Əlirza Sanei həmçinin ABŞ-nin Hörmüz boğazında başladığı əməliyyatın uğursuz olduğunu iddia edib. Onun sözlərinə görə, Vaşinqton digər ölkələrin tankerlərini müşayiət etmək istəsə də, iki gün sonra əməliyyatı dayandırmağa məcbur olub.

Seçilən
140
1
teleqraf.com

2Mənbələr