AZ

Dünyanın ən yaşlı iti ölüb

Fransada dünyanın ən yaşlı iti hesab edilən "Lazar" ləqəbli it 30 yaşında ölüb.

 

Moderator.az xəbər verir ki, bu barədə AFP heyvanın sahibi Ofeli Budola istinadən məlumat yayıb.

 

Papilyon-doq cinsinə aid olan "Lazar" 1995-ci il dekabrın 4-də doğulub. Sahibəsi onu əvvəlki sahibinin ölümündən sonra sığınacaqdan götürüb.

 

"Ginnesin Rekordlar Kitabı"ndan bildirilib ki, müraciət heyvan sağ olarkən edilmədiyi üçün Lazar ölümündən sonra rəsmi şəkildə dünyanın ən yaşlı iti kimi tanına bilməz.

Seçilən
57
1
moderator.az

2Mənbələr