AZ

Londonda Baş nazir Starmerə qarşı etiraz aksiyaları:SAXLANILANLAR VAR

Londonda Böyük Britaniyanın baş naziri Kir Starmerə qarşı yürüş- mitinq keçirilir. 

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu aksiya Tommi Robinsonun rəhbərlik etdiyi sağçı və immiqrasiya əleyhinə fəallar tərəfindən təşkil edilib.

 

Etirazçılar Londonun mərkəzindəki Russel meydanı yaxınlığında toplaşıblar.

 

"Krallığı birləşdir" şüarı altında vətənpərvərlik yürüşünün iştirakçıları immiqrasiya siyasətinə, hökumətin hərəkətlərinə və Leyborist Partiyasının siyasətinə etiraz edirlər.

 

Aksiyada çox sayda iştirakçının qatılması gözlənildiyi üçün London polisi çoxlu sayda polis, helikopter, dron və üz tanıma sistemləri cəlb edib.

 

Artıq müxtəlif qanun pozuntularına görə, aksiya iştirakçılarından 11 nəfərin saxlanıldığı bildirilir.

 

Qeyd edək ki, bundan əvvəl Leyboristlər Partiyasını təmsil edən İcmalar Palatasının 60 deputatı açıq şəkildə Starmeri istefaya çağırıb.

 

Fələstini dəstəkləyən vətəndaşlar isə digər etiraz aksiyasına toplanıblar. Hər iki yürüş üçün ayrıca marşrutlar müəyyən edilib və onların kəsişməsinə icazə verilmir.


Seçilən
53
senzor.az

1Mənbələr