AZ

Türkiyəli müğənni qalmaqallı bələdiyyə sədri ilə ailə qurur

Türkiyəli aktrisa, müğənni Sevcan Orhan ailə qurur.

"Cebheinfo.az" xəbər verir ki, ifaçı sevgilisi, Buca Bələdiyyəsinin rəhbəri Görkem Dumanla nikah masasına əyləşməyə hazırlaşır.

Cütlüyün toyu sentyabrda olacaq.

Qeyd edək ki, bir müddət əvvəl sözügedən bələdiyyənin işçiləri maaşlarının verilmədiyini bildirərək etiraz aksiyası keçirmişdi. Elə həmin vaxt sədrin Sevcanla birgə Phuket adasında dincəldiyi bəlli olub. Narazılıqdan sonra onlar tətildən fotolarını sosial media hesablarından siliblər. (Axşam.az)

"Cebheinfo.az"

Seçilən
16
4
cebheinfo.az

5Mənbələr