AZ

ÜST 2 ölkədə fövqəladə vəziyyət elan etdi

ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikası və Uqandada yayılan Ebola epidemiyasını beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, təşkilatın baş direktoru üzv dövlətlərlə aparılan məsləhətləşmələrdən sonra "Bundibuqio" virusunun törətdiyi xəstəliklə bağlı müvafiq qərar qəbul edib.

ÜST rəsmiləri mövcud vəziyyətin pandemiya olmadığını, lakin ictimai səhiyyə sahəsində qlobal fövqəladə hal meyarlarına cavab verdiyini vurğulayıblar.

Son məlumatlara görə, Konqo Demokratik Respublikasının üç rayonunda epidemiya səbəbindən 80 şübhəli ölüm hadisəsi və 246 yoluxma halı qeydə alınıb. Onlardan 8-i laboratoriya şəraitində tam təsdiqlənib. Qonşu Uqandada isə virusa 2 yoluxma faktı aşkarlanıb ki, onlardan da biri ölümlə nəticələnib.

Hazırda regionda virusun daha geniş ərazilərə yayılmasının qarşısını almaq üçün tədbirlər gücləndirilir.

Milli.Az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
4
news.milli.az

5Mənbələr