AZ

Nyu-Yorkda Azərbaycan diasporunun da iştirakı ilə Türk Günü Yürüşü keçirilib

Bakı, 17 may, AZƏRTAC

Nyu-Yorkda Azərbaycan diasporunun da iştirakı ilə 43-cü Türk Günü Yürüşü keçirilib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu yürüş erməni terror təşkilatı ASALA tərəfindən ABŞ-də türk diplomatlarının qətlə yetirilməsinə cavab olaraq, Türk Amerika Dərnəkləri Federasiyası (TADF) tərəfindən ilk dəfə 1981-ci ildə keçirilib və ənənə halını alıb. ABŞ-dəki Türkiyə missiyasının nümayəndələri, bəzi bürokratlar, Türkiyədən sənətçilər və müxtəlif vətəndaş cəmiyyəti təşkilatlarının, həmçinin Azərbaycan və digər türk ölkələrinin nümayəndələri bu tədbirdə iştirak ediblər.

Türkiyə Prezidenti aparatının kommunikasiyalar üzrə rəhbərinin müavini Fərhat Pirincçi, Prezidentin baş müşaviri professor Çağrı Erhan, Türkiyənin Vaşinqtondakı səfiri Sedat Önal, BMT-dəki daimi nümayəndəsi Ahmet Yıldız və Nyu-Yorkdakı baş konsulu Mühittin Ahmet Yazal, eləcə də Türk-Amerika vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri Medison prospektində Türkiyə və türk dövlətlərinin bayraqlarını dalğalandırıblar.

Yürüş zamanı Türkiyənin incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türk-Amerika icmasına göndərdiyi videomüraciət də nümayiş etdirilib.

Bununla yanaşı, Medison meydanında quraşdırılmış monitorda Türkiyənin ev sahibliyi edəcəyi COP31 iqlim sammitinə həsr olunmuş videoçarx təqdim olunub.

Seçilən
38
4
azertag.az

5Mənbələr