AZ

Konqolu nazir: Kinşasada 83% ev təsərrüfatının torpaq mülkiyyəti sənədi yoxdur

Təxminən 17 milyon əhalisi olan paytaxt Kinşasa Konqo Demokratik Respublikasında və ümumilikdə dünyada ən sürətlə böyüyən meqapolislərdən biridir. Kinşasa şəhərində hər il bir milyondan çox yeni sakin məskunlaşır.

APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində nazirlərin toplantısı zamanı Konqo Demokratik Respublikasının şəhərsalma və mənzil təsərrüfatı naziri Alexis Gisaro deyib.

O qeyd edib ki, şəhərdə ev təsərrüfatlarının 83%-nin torpaq mülkiyyəti sənədi yoxdur:

“Ölkədə layiqli mənzil çatışmazlığı isə 9 milyon vahid təşkil edir.

Bu vəziyyətə cavab olaraq Konqo Demokratik Respublikası hökuməti urbanizasiyanı milli prioritet elan edib və 2026–2036-cı illəri əhatə edən 10 illik şəhərsalma və mənzil proqramı hazırlayıb. Məqsəd urbanizasiyanı iqtisadi, sosial və ekoloji inkişafın hərəkətverici qüvvəsinə çevirməkdir”.

Seçilən
14
apa.az

1Mənbələr