AZ

Litvalı nazir müavini: Azərbaycanın Ukraynanın bərpasına verdiyi dəstəyi alqışlayırıq


Litva Azərbaycanın Ukraynanın bərpasına verdiyi dəstəyi yüksək qiymətləndirir.

APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan Yeni Şəhər Gündəliyi üzrə nazirlər görüşündə çıxış edən Litvanın ətraf mühit nazirinin müavini Julius Morkūnas bildirib.

Nazir müavini qeyd edib ki, Ukraynanın Buça və İrpin şəhərləri dayanıqlılıq və bərpa simvoluna çevrilib.

“Azərbaycanın Ukraynanın bərpasına verdiyi dəstəyi alqışlayırıq”, – deyə Julius Morkunas vurğulayıb.

O əlavə edib ki, Litva Ukraynanın dayanıqlı, davamlı və insan yönümlü şəhərlərinin yenidən qurulmasına dəstəyini davam etdirəcək.

Litva rəsmisinin sözlərinə görə, ölkə 2050-ci ilədək bütün binaları sıfır emissiyalı vəziyyətə gətirməyi, istilik sistemlərində fosil yanacaqlardan tam imtina etməyi və sosial mənzil fondunu genişləndirməyi planlaşdırır.

Seçilən
22
1
apa.az

2Mənbələr