"Azərbaycan Hava Yolları" QSC (AZAL) son günlər əlverişsiz hava şəraiti səbəbindən təxirə salınmış Bakı-Naxçıvan-Bakı reyslərini bərpa edib.
Musavat.com AZAL-a istinadən xəbər verir ki, sözügedən marşrut üzrə uçuşlar ştat rejimdə icra olunur.
"Sərnişinlərin təhlükəsizliyi AZAL üçün daim ən vacib prioritet olaraq qalır və bu istiqamətdə bütün zəruri tədbirlər həyata keçirilir", - deyə aviaşirkət bəyan edib.