AZ

ABŞ hərbçilərinin bir hissəsini Polşaya köçürməyə başlayıb

Moderator.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Amerika Birləşmiş Ştatları Texas ştatındakı "Fort Hood" hərbi bazasında yerləşən 1-ci Süvari Diviziyasının hissələrini Polşa ərazisinə köçürməyə başlayıb.

Moderator.az xəbər verir ki, müvafiq məlumatı Polşa Milli Təhlükəsizlik Bürosunun (BBN) direktoru Bartoş Qrodetski "X" platformasındakı hesabında açıqlayıb.

"Hazırkı dövrə qədər nəzərdə tutulan hərbi heyətin 20%-dən çoxu, həmçinin hərbi texnikanın təqribən 70%-i "Fort Hood"dan Polşaya gətirilib ki, bu da qüvvələrin döyüş hazırlığının təmin edilməsində əsas amil hesab olunur", - deyə paylaşımda qeyd olunub.

O bildirib ki, qurumun qiymətləndirmələrinə əsasən, rotasiya qrafiklərindəki yeniliklər ABŞ-nin 2-ci Süvari Alayını Almaniyanın Filsekk şəhərindən çıxarmaq niyyəti ilə əlaqədardır.

Qrodetskinin sözlərinə görə, bu bölmənin daha əvvəl Polşaya göndərilməsi planlaşdırılan Amerika zirehli tank briqadasını əvəz etmək üçün yönləndirilməsi mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
40
3
moderator.az

10Mənbələr